NarXoz - Olmasın

Yenə gecələr gözlərin dolmasın
Aldığın çiçəklər əldə solmasın
Bu həyat sənidə mən kimi yormasın
Nə sən get nədə mahnılar olmasın

Gəl əllərimdən tut gedək uzaqlara heçkəs bizə əngəl olmasın
İnstagram və whatsapp bildiriş nə telefon nə zənglər olmasın
Daş dövründə yaşayağ biz yemək yeməyə heç çəngəl olmasın
Dənizin ortasında bir daxma pəncərəmdə heç pərdəm olmasın

Gələn olmasın nə gedən olmasın xəyallarım bax hədər olmasın
Avtomobil sürət qəza ölüm istəmirəm heç kədər olmasın
Belə dövlət istəmirəm mən yediyim çörəkdə qədər olmasın
Televizor yenə axmaq verlişlər bir də içində kanal olmasın

Alan olmasın nə satan olmasın filin qulağında yatan olmasın
Çimərlik bir də istirahət dənizdə çiməndə batan olmasın
Öz ölkəsi acından ölür neftini düşmənə satan olmasın
Yaşıla boyansın azərbaycan islam dininə çatan olmasın

Olmasın xəstə olmasın xəstəxana pula satılan həkim olmasın
Ailə də söz söhbət dava dalaş boşanmaq üçündə vəkil olmasın
Cinayət olmasın dustaq olmasın qərarı verərkən hökm olmasın
Mən ölərkən torpağa qarışım baş daşım birdə şəkil olmasın

Yenə gecələr gözlərin dolmasın
Aldığın çiçəklər əldə solmasın
Bu həyat sənidə mən kimi yormasın
Nə sən get nədə mahnılar olmasın

Written by:
Hüseyn Hüseynov

Publisher:
Lyrics © O/B/O DistroKid

Lyrics powered by Lyric Find

NarXoz

View Profile