MC B.u.S - Tanrım

Tanrım, məni sən yaratdın
Bəs niyə yara atdın bu qəlbimə?
Hər gün yara artır
Gəl, mənim də bir işimə yara artıq

Ölürəm hər gecə qorxaq kimi
Dərdim yapışıb qolbaq kimi
İçimdə hər gün meyit artır, bax
İçinə meyit çəkən torpaq kimi!

Dərdim daşır dənizlər qədər
Yox olmur artıq qəm, üzdən kədər
Donubdur əllər, bu hisslər zəhər
Hər şey qarışıq, qəlizdən betər

Gəl, tək buraxma məni
Ölüm ayağındakı xəstə kimiyəm
Sev məni sən
Ən dar günündə yada düşülən bir bəstə kimiyəm

Sev məni sən!
Mənim qədər sevməmisən, məni
Sevməlisən məni, sevməlisən
Mənim qədər sevməlisən!

Sev məni sən!
Mənim qədər sevməmisən, məni
Sevməlisən məni, sevməlisən
Mənim qədər sevməlisən!

Çirkli əllərlə kimə əl açım?
Qalmayıb artıq ki, bir əlacım
Dərdim ağırdır, dizim titrəyir
Qəlbim elə bil ki, günah ağacı

Əlini uzat mənə, tək çarə sən
İçdiyim hər badədə
Dərk eləyirəm ki, tərk edirəm səni
Sən buraxma, gəl yad elə

Getməyə yer yox, bucaqlar az
Heç kəs sormaz, soraqlamaz
Kor qalmışam, korun gözü yoxdur
Elə bilirlər ki, kor ağlamaz

Hər bir hissəmi var eləyən
Mənim dərdimə dözməz, dağ əriyər
Bezmişəm artıq günah işləməkdən
Elə bil şeytanın sağ əliyəm

Sev məni sən!
Mənim qədər sevməmisən, məni
Sevməlisən məni, sevməlisən
Mənim qədər sevməlisən!

Sev məni sən!
Mənim qədər sevməmisən, məni
Sevməlisən məni, sevməlisən
Mənim qədər sevməlisən!

Sev məni sən!
Mənim qədər sevməmisən, məni
Sevməlisən məni, sevməlisən
Mənim qədər sevməlisən!

Sev məni sən!
Mənim qədər sevməmisən, məni
Sevməlisən məni, sevməlisən
Mənim qədər sevməlisən!

Written by:
Baba Süleymanlı, Mc B.u.S

Publisher:
Lyrics © Universal Music Publishing Group

Lyrics powered by Lyric Find

MC B.u.S

View Profile